“Çıxış Yolu” – Müzakirədən Həllə Gedən Yol

ölkə
Televiziya ekranlarında tez-tez şou xarakterli, diqqətçəkici görüntülərlə dolu verilişlərə rast gəlirik. Lakin bəzi proqramlar var ki, onlar sensasiya yaratmaq üçün deyil, həqiqətən də cəmiyyətin ehtiyac duyduğu mövzuları işıqlandırmaq və real həll yolları təklif etmək üçün efirə çıxır.
MTV-də yayımlanan “Çıxış Yolu” verilişi də məhz bu qəbildəndir.
Verilişin aparıcısı Nuranə Gülər peşəkarlığı ilə seçilir. Onun fərqi ondadır ki, efirdə şəxsi fikirlərini ön plana çəkmir, əksinə, studiyaya dəvət olunan ekspert və mütəxəssislərin fikirlərinə geniş yer verir, onları dinləməyə, açıq danışmağa təşviq edir. Bu, əsl jurnalistikanın nümunəsidir – obyektivlik, peşəkarlıq və məsuliyyət.
Verilişdə müxtəlif sosial, hüquqi və ictimai əhəmiyyətli məsələlər müzakirə olunur. Hər dəfə aktual bir problem ətrafında müzakirələr aparılır, yalnız söhbətlə kifayətlənilmir, eyni zamanda mövzuya uyğun çıxış yolları da axtarılır. Bu, verilişi digərlərindən fərqləndirən əsas cəhətdir.
Mən də bu verilişin daimi qonaqlarından biri kimi qeyd etmək istəyirəm ki, “Çıxış Yolu” efirdə sadəcə danışmaq üçün deyil, həll tapmaq üçün bir araya gələnlərin məkanıdır. Burada qaldırılan hər bir mövzu, toxunulan hər bir problem cəmiyyət üçün əhəmiyyətlidir və real həyatla bağlıdır.
Bu verilişin məqsədi tamaşaçını sadəcə məlumatlandırmaq deyil, həm də maarifləndirmək, düşündürmək və çıxış yolu göstərməkdir. Bu səbəbdən də “Çıxış Yolu” sadəcə bir proqram deyil, cəmiyyətin vicdanına çevrilən bir platformadır.

MUASİRMEDİA.AZ
HÜQUQŞUNAS ZAUR QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir