7 il idi, həmin telefonu işlədirdim. Hamı deyirdi ki, köhnə telefonunu dəyiş. Cavab verirdim ki, axı bu Nəsibə xanımın yadigarıdır. “Əqrəb bürcü” tamaşasının çəkilişində bizə polis “ratsiya”sı lazım oldu. Elə bu vaxt mənə zəng gəldi. Telefonu götürdüm. Dedilər aaa, nə yaxşı, elə Həmidənin köhnə telefonunu “ratsiya” əvəzinə çəkək. Onda bildim ki, telefon doğrudan da çox köhnəlib. Ancaq Nəsibə xanımın telefonunu yadigar saxlayıram”, – Həmidə Ömərova.


muasirmedia.az