Azərbaycan musiqi sənətində onun öz yeri var … İfası, ədəbi ilə milyonlarla tamaşaçının sevgisini qazanan bir müğənnidir o … Elmira Allahverdi qızı Rəhimova (13.08.1937) … O mənə Anam qədər əziz olan bir insandır … Onun barəsində nə qədər yazsam, yenə azdır … Elmira Rəhimovanın Azərbaycan incəsənətində xüsusi yeri var … Ən azından heç kim onun kimi hind mahnılarını cani-dildən, sevə-sevə oxumadı … Açığını desəm, mən nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim … Əsl Azərbaycan müğənnisini onun simasında kəşf etmişəm … Səhnəyə yaraşan sənətkar idi Elmira Rəhimova … Səhnəni sevən insan idi … O elə indi də səhnəni sevir, elə musiqini də … Amma nə edəsən ki, zaman onu da qarət etdi … Xəstəlik və yaş öz sözünü dedi … Bütün bunlara baxmayaraq, hər dəfə onu görəndə azacıq da olsa zümzümə edir, qəlbində yatan nəğmələri yaxınlarına ötürür … Bu gün mənə anam qədər doğma olan bu insanın doğum günüdür … Mən onun əllərində Anamın istisini duyuram … Yaxşı ki varımsan … Yaşının üstünə bir yaş da gəldi … Mən ona ancaq cansağlığı arzulayıram … Çünki bu gün Elmira anamın ancaq bu arzuya ehtiyacı var … Yeni yaşın mübarək, mənim doğmam!!





MM.AZ