Vəli Axundovun göstərişi ilə Bakı metrosu və funikulyoru fəaliyyətə başlayıb

Tarix
Xanımının anım günündə vəfat edən, SSRİ rəhbərliyi tərəfindən millətçilikdə ittiham olunan ictimai-siyasi xadimimiz Vəli Axundovun anım günüdür.
1941-ci ildə cəbhəyə yollananda çoxdandır sevdiyi qıza ürəyini açır. Qız da onu gözləyəcəyini söz verir. Cəbhədə həkim kimi xidmət edən Vəli Axundov yaralı əsgərin ayağını amputasiya etməkdən imtina edir. Əsgəri 2 saat əməliyyat edərək əsgəri şikəst olmaqdan xilas edir. 1945-ci ildə cəbhədən qayıdan Vəli Axundov sevgilisinin Bakıda olmadığını görüb, onu axtarır və Göyçayda tapır. Cütlük evlənir. Vəli Axundov xanımına şeir də ithaf edir. O, xanımıyla eyni gündə, 5 il fərqlə vəfat edirlər. Xanımı 1981-ci ilin 22 avqustunda, Vəli Axundov isə 1986-cı ilin 22 avqustunda dünyadan köçür.

Nazir olanda tibb sahəsində yazışmaların ilk dəfə ana dilimizdə aparılmasını tələb edirdi. Vəli Axundovun göstərişi ilə Bakı metrosu və funikulyoru fəaliyyətə başlayıb.

1 kişi görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir