Cəfər Cabbarlının ildönümündə Yazıçıları İttifaqında qərara alınır ki, dəstə ilə qəbir üstünə gedilsin. Şair Qabil də “Moskviç”i ilə dayanmışdı. İsmayıl Şıxlı soruşur:
– Qabil, məni apararsanmı?
– Lap sənə quzu da kəsərəm, əyləş! Səhərdən kimi çağırıramsa qaçır. Qorxurlar ki, maşını sürə bilmərəm. Bircə sən mənə inandın, ürəkli çıxdın.
Elə bu vaxt İsa Hüseynov onların yanından keçir. İsmayıl Şıxlı qapını açıb onu səsləyir: “İsa, evə xəbər ver ki, mən Qabilin maşınında getdim. Başımız bir iş gəlsə, narahat olmasınlar”

MM.AZ