Dedilər aparıb ilanları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər.
Biz bunların danışığına qulaq asırdıq, elə bu vaxt Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı. Rejissor Tofiq Tağızadə qışqırdı ki, ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız. 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, hardadır o, onu tapın verin, bu saat Elçini öldürəcəm. Yalvar-yaxar etdik ki, ay Hamlet, başına dönüm, gəl işimizi görək. Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq” .
MM.AZ .
