“ŞƏMS” (antologiya) ədəbi məcmuənin 2-ci cildinin təqdimat mərasimindən

ƏDƏBİYYAT
Bu gün Yasamal rayonu MKS-nin 4 saylı kitabxana filialında “Şəms” ədəbi məclisinin növbəti tədbiri keçirildi. Layihə rəhbəri və təsisçisi Hacıxanım Aygünün təqdimatında keçirilən tədbir “Şəms” antologiya kitabının 2-ci cildinin təqdimatına həsr olunmuşdu. Təqdimata dəvət alanların demək olar ki, böyük bir hissəsi əsasən sözügedən antologiyada şeir, hekayə və digər maraqlı yazıları işıq üzü görən müəlliflərdən ibarət idi.
Olduqca maraqlı, səmimi və milli mənəvi ahəngə köklənən tədbirdə çıxış edənlərdən hər biri çıxışının sonunda qələmə aldığı şeir nümunələrindən səsləndirməkə yanaşı, eyni zamanda canlı ifa etdikləri milli musiqi də tədbirə xüsusi rəng qatmışdı.
Kitabın naşiri və baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı, redaktoru isə AYB və AJB üzvü, şair -jurnalist Bəradər Səməndərlidir.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir