Pəncəli Teymurov ermənilərdən xilas etdiyi girov qadın

Cəmiyyət

 “Qadın maşından düşən kimi ayaqlarımdan öpməyə, ağlamağa başladı.
Onu ayağa qaldırdım ki məni günaha batırma. Qadın evə girəndə Pəncəlinin hərbi formasını qucaqladı, ağlaya-ağlaya yaladı. Sonra Pəncəlinin palçıqlı ayaqqabılarını altını, dabanını, öpməyə, yalamağa başladı. Qadın çay içəndən sonra çıxıb getdi. Ancaq özünü təqdim etmədi. İki il sonra oğlanlarım Beyləqana getdi. Orada bir nəfər oğlanlarıma deyib ki, bilirisiniz Pəncəli nə qəhrəmanlıqlar edib? Məlum oldu ki, həmin qadın 1992-ci ildə ermənilərə girov düşüb. Pəncəli 2 hərbçi yoldaşı ilə gizlicə sərhədi keçib və qəbiristanlıqda gizlənirlər. Qadını hər gecə qəbiristanlığa ağlamağa gəlirmiş. 3-cü gün qəbiristanlığa gələndə Pəncəli qadının ağzını bağlayıb onu qaçırır. Məlum oldu ki, qadın azərbaycanlıdır. Pəncəli qadını Ermənistandan qaçıraraq girovluqdan xilas edib”, – Pəncəli Teymurovun anası Vahimə Teymurovanın xatirələri

 MUASİRMEDİA.AZ