Vaxtilə şöhrəti dillər əzbəri olan Kür çayının qolu — Akkuşa çayında bu gün vəziyyət heç də ürəkaçan deyil. Bir vaxtlar kənd təsərrüfatını və ətraf kəndlərin həyatını su ilə təmin edən bu çay indi demək olar ki, quruma təhlükəsi ilə üz-üzədir. Ətraf kəndlərin sakinləri bildirirlər ki, artıq uzun müddətdir çaydan su götürmək demək olar ki, mümkün deyil. Su səviyyəsinin aşağı düşməsi həm içməli su təminatına, həm də əkin sahələrinin suvarılmasına ciddi təsir göstərir. Sakinlərin sözlərinə görə, vəziyyət ildən-ilə daha da pisləşir. Onlar bu problemin müvafiq qurumlar tərəfindən araşdırılmasını və çaya su axınının bərpası üçün tədbirlər görülməsini tələb edirlər.Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının hansı addımları atacağı isə hələlik məlum deyil.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU