Bir gün Molla Nəsrəddin bazara mal aparırmış-Başına gələnlər

ƏDƏBİYYAT
Bir gün Molla Nəsrəddin bazara mal aparırmış. Yolda köç edən tərəkəmələrə rast gəlir. Ağsaqqalları mollaya deyir:
-A molla hara gedirsən?
+Bazara.
-Nə aparırsan?
+Bir az parça, qumaş, ipək…
-Elə bizə sat da.
+Axı bura bazar deyil?
-Əşi elə bil bazardır….
Nə isə, Molla malların açıb tökür, başlayırlar alverə və birdən molla görürkü arşın yoxdur. Tez ətrafdan 30- sm bir taxta parçası götürüb başlayır işə.
Ağsaqqal deyir:
–A molla bu arşın deyil axı?
Molla cavabında deyir:–Belə bazarın, belə də arşını olar..

MM.AZ