Elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində sakinlərin müraciətlərini dinləyib

Təhsil
Elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində sakinlərin müraciətlərini dinləyib.
Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin müraciətləri əsasən işlə təmin olunma, müəllimlərin iş yerinin dəyişdirilməsi və tələbə köçürülməsi mövzularını əhatə edib.
Nazir müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

MM.AZ