Hadisə rayonun Xəlilabad kəndində baş verib. 2024-cü il martın 9-da anadan olmuş Rəhimli Miran Ramid oğlu evdə qardaşları ilə oynayarkən ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı olan naqilə toxunub. Nəticədə azyaşlı elektrik vurmasından dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən vaxt uşağın atası qonşuluqda — əmisigilin evində təmir işləri görürmüş, anası isə ev işləri ilə məşğul imiş. Məhz həmin vaxt bədbəxt hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
