Bizdə Ataya Qağa deyiblər. Mən də atama QAĞA demişəm

Cəmiyyət
Deyilənə görə bu foto 1959- cu il oktyabrın 27- də , mənim metrikamda anadan olduğum gün kimi qeyd edilən gündən bir gün əvvəl, 2 yaşımın tamamı münasibətlə çəkilib. (Digər rəvayətə görə mən avqustun 8- i ya 9- da anadan olmuşam.) Şəkildə Qağamın qucağındayam. Bizdə Ataya Qağa deyiblər. Mən də atama QAĞA demişəm. Biz türklərdəki QAĞA Kağan (Xaqan, Hakan, Xan), skandinavlarda, slavyanlarda Koqan, və semitlərdə oxşar termin eyni kökdən gəlir, başçı, hokmdar anlamındadır, ailənin başçısı, hökmdarı deməkdir. Digər leksik mənalar dillərin sonrakı evolyusiyasında yaranıb.
Bütün övladların XAQANLARI -Ataları anısına dərc edirəm.

MUASİRMEDİA.AZ