Asif Heydər oğlu Rüstəmli Filologiya elmləri doktoru, professor,

ƏDƏBİYYAT
Asif Heydər oğlu Rüstəmli 16 fevral 1954-cü il Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. A.Rüstəmli elmlər namizədi
(1994), dosent (2009), filologiya elmləri doktoru (2012), ADMİU-nun professoru (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014-2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvü (2013-2018) olmuşdur.
2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünas lıq şöbəsinin, 2020-ci il mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.
A.H.Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş lobarantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1991-1995-ci illərdə «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri vəzifələrində işləmişdir.
A.Rüstəmli respublikamızda və onun hüdudlarından kənarda cabbarlışünas tədqiqatçı-alim kimi yaxşı tanınır. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transfoneliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq «Ədirnə fəthi» adı ilə 1996-cı ildə «Elm» nəşriyyatında çap etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik
«Əsərləri»nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. Təhsil Nazirliyinin qərarı ilə «Azərbaycan ədəbiyyatı» seriyasından buraxılan Cəfər Cabbarlının «Seçilmiş əsərləri»ni (Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2004, 45.8 ç.v.) də A.Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeydvə şərhlər yazmışdı.
15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunmuşdur.
A.Rüstəmlinin ssenariləri əsasında «Günəş şərqdən doğur» (Az.TV,
2003, 6 mart), «İstiqlal fədaisi» («Lider» 2004, 6 fevral), «Nurlu gələcək naminə» («Space», 2005, 15 sentyabr), “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti – 100” (Qəbələ, 2018, 6 iyun) sənədli filmləri çəkilib nümayiş etdirilibdir. Moskvanın «Kinoprodukt» Studiyasının çəkdiyi «Əfsanənin əks üzü» seriyasından «26 Bakı komissarı» (Moskva, Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.
A.Rüstəmli uzun illərdi pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərindən dərs deyib (1996-2019), 2013-2018-ci illərdə 0,5 ştat əvəzçilik üzrə ADMİU-nun professoru vəzifəsində çalışıb. AAK Rəyasət Heyətinin qərarı ilə 2018-ci ildə professor elmi adına layiq görülübdür. Onun rəhbərliyi ilə 1 fəlsəfə doktoru və 1 elmlər doktoru müdafiə edib diplomlarını almışdır. A.Rüstəmlinin rəhbərliyi ilə 2 fəlsəfə doktoru və 2 elmlər doktoru müdafiə etməyə hazırlaşır.Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının şöbə müdiri işləmişdir.
A.Rüstəmli Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatı (1994), «Cəfər Cabbarlı mükafatı» (2010), Varşava Universitetinin «Sertifikat»ı (2007), Elazığ (Türkiyə) valisinin xüsusi mükafatı (2010), İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin “Türk Ədəbiyyatına Xidmət Baratı” (2013), Türk Dünyasi Araştirmalari Uluslararasi İlimler Akademisinin «Türk edebiyatina hizmet» Uluslararasi Ödülü (fevral 2014), L.N.Qumilyev adına Avroaziya Milli Universitetinin Sertifikatı (Astana, oktyabr 2014), Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Fəxri fərman”ı (dekabr 2013) və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “İlin Alimi” mükafatı (10 yanvar 2017) ilə təltif edilmişdir.
Əsərləri:
1. Çırpınırdı Qara dəniz, Bakı, «Sabah», 1992, 80 səh.
2. Tufanlardan keçən ömür, Bakı, «Sabah», 1995, 136 səh.
3. Susmaz duyğuların səltənətində, Bakı, «Elm», 2002, 176 səh.
4. Ədəbi istiqlalımız, Bakı, «Elm», 2004, 384 səh.
5. Cəfər Cabbarlı: həyatı və mühiti, Bakı, «Elm», 2009, 416+24 səh.
6. Mütərcim Cəfər Cabbarlı», Bakı, «Ozan», 2011, 136 səh.
7. C.Cabbarlı (Hayatı, Sanatı ve Mücadilesi), Türkiyə, Elazığ, «Ma
nas», 2011, 294 səh.
8. Bayraməli Abbaszadə: mühiti və mücadiləsi, Bakı, «Ozan», 2014,
224 səh.
9. Müdriklik mücəssəməsi, Bakı, «Elm və təhsil», 2014, 496 səh.
10. Səttar Xanın silahdaşı. İran, Qum, «Nəvidi-hikmət», 2018 (h.ş.
1397), 200 səh.
11. Ədəbi redaktənin əsasları (Tarixi, nəzəriyyəsi, təcrübəsi). Dərs və
saiti. Bakı, «Gənclik», 2018, 216 səh.
12. Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı, ya
radıcılığı və mühiti). Bakı, «Gənclik», 2018, 280 səh.
13. Cəfər Cabbarlı və milli istiqlal hərəkatı. Bakı, «Gənclik», 2018,
168+24 səh.
14. Ədəbiyyatşünaslıq elminin məbədi (Akademik İsa Həbibbəyli ilə
müştərək). Bakı, «Ozan», 2018, 484+24 səh.
15. Cəfər Cabbarlı və cabbarlışünaslıq. Bakı, «Ləman»NPM, 2019,
108 səh.
Tərcümələri:
1. Elazığ çələngi (42 elazığlı şairin şeirlər toplusu). Bakı, “Ozan”,
2010, 120 s. Kitaba A. Rüstəmli “Qardaşlığın təməli, dostluğun məhvəri” adlı ön söz yazmışdır.
2. Əhməd Kabaklı “Harput əfsanələri”. Bakı, “Ozan”, 2012, 96 s. Ki
taba A.Rüstəmli “Yazarların xocası və ucası” adlı ön söz yazmışdır.
Fotoğraf açıklaması yok.

MUASİRMEDİA.AZ

Şirxan Aranlı,
Ağcabədi (ensiklopedik toplu), Bakı,2021.