Cənab Prezidentin sərəncamı ilə Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Başçısı təyin edildi.
Natiq müəllim Göyçayda çalışdığı müddətdə ləyaqəti, ədaləti və sadəliyi ilə seçilib. Sahibkarlara dəstək olub, insanların dərdinə əlac tapmağa çalışıb və rayonumuz üçün əlindən gələni edib.
Onun Göyçaya olan sevgisi və səmimiyyəti hər kəs tərəfindən hiss olunub.
Allah Natiq müəllimə hər zaman yar və yardımcı olsun.
İnsan evladının ən böyük amalı yaxşılıq etməkdir.

MUASİRMEDİA.AZ
