O,1902-ci ildə Naxçıvanda anadan olmuşdur.Uşaq vaxtı qarayanız,gözəl bir qız olmuşdur.1907-ci ildə onu məktəbə qoyurBu gün Şərqin Şekspiri dahi Hüseyn Cavidin canından çox sevdiyi xanımı MİŞKİNAZ CAVİDİN anım günüdür.lar,lakin,5 ay çəkmir ki,məktəbi bəyənməyib çıxarırlar.Beləcə 18 yaşına qədər Mişkinaz Cavid təhsilsiz olur.Tikiş peşəsi öyrənən Mişkinaz bir gün bağda bir oğlanı görür.Həmin oğlan bağda gəzə-gəzə şeir oxuyurdu.Gənc Mişkinaz bağdan tez çıxır.Bir müddət o gənclə görüşürlər.Sonra elçiliyin zamanı gəlir.Bu gənc şair-Hüseyn Mişkinaza elçi düşür.Mişkinazın atası bu gənc oğlanın savadına vurulur və deyir:
-Mişkinazı verdim Hüseynə.Xeyirli olsun.Amma bir əmma var…
-Nədir,müəllim?
-Mişkinaz təhsilsizdir.Sən isə savadlı gənc.Siz necə anlaşacaqsınız?
-Bu çox asandır.Mən Mişkinaza 1 il hər mövzudan dərs keçərəm.
Bəli,yaxşı eşitdiniz.1918-ci ildə onlar evləndilər.Hüseynin qardaşı Əlirza Rasizadə maşını ilə onları Bakıya aparır.O vaxtdan Cavid Naxçıvanı görə bilmir.
Cavid zorla bir ev tapır.Orada Mişkinaza dərslər keçir.Bir müddət vaxt keçiir.
Mişkinaz çox savadlıydı.Üç əlifbanı bilirdi(ərəb,latın,kiril).Ondan sonra Mişkinazın ən mühüm işlərindən biri Hüseyn Cavidin yazdığı əsərlərinin üzünü köçürmək oldu.O, “İblisin intiqamı” əsərini köçürtməsəydi və “Telli saz” natamam pyesini yadından çıxartsaydı həmin pyesləri nə oxuyan olacaqdı nə də tapıb üzə çıxardan olacaqdı.
Cavidlər ailəsi 1919-cu ildə Ərtoğrulun,1923-cü ildə isə Turanın dünyaya gəlişlərinin sevincini yaşayırlar.Mən dəfələrlə Cavidlər haqqında geniş məlumat vermişəm.Ona görə də təkrarlamaq istəmirəm.
Cavidlər ailəsinin xatirəsini hörmətlə yad edirəm.Allah hamısına rəhmət eləsin.Amin.

MUASİRMEDİA.AZ SEVİNDİK NESİBOĞLU
