Dünya çempionatının seçmə mərhələsinin oyununda Azərbaycan seçmə komandasını məğlub edən Fransa yığmasının baş məşqçisi Didye Deşam “Qarabağ”dan danışıb.
“30 il əvvəl futbolçu kimi oynadığınız Azərbaycan millisi və bugünkü Azərbaycan millisini necə müqayisə edərdiniz?” sualına Deşam belə cavab verib.
“Bütün matçları dəqiqliyi ilə xatırlamıram. Amma bütün dövlətlərin komandalarına hörmətlə yanaşıram. Bugünkü gündə balaca ölkələr də öz üzərində çox işləyirlər. Amma həmişə matçlarda uğur olmur. Lakin işlər gedir. “Qarabağ”ı misal çəkək. Onlar Çempionlar Liqasında oynayırlar, hətta xallar da toplayırlar. Mən rəqibdən asılı olmayaraq, hamıya hörmətlə yanaşıram. Fərq qoymuram”.
MM.AZ
