Son illər Azərbaycan–Mərkəzi Asiya xəttində formalaşan siyasi həmrəyliyin, nəqliyyat-logistika əməkdaşlığının və türk dünyasının güclənən birliyinin məntiqi davamıdır.
Qərarda açıq şəkildə qeyd olunur ki, Azərbaycanın müraciəti nəzərdən keçirilib və ölkəmizin Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul edilməsinə razılıq verilib. Bununla da Azərbaycan artıq bu platformanın qərarvermə masasında oturan tərəflərdən biri oldu.
Mərkəzi Asiya dövlətlərinin XİN rəhbərlərinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb — bu isə Azərbaycanın proseslərə daha sistemli şəkildə inteqrasiyasının başlanğıcı deməkdir.
Qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.
Bu addım Azərbaycanın artıq Cənubi Qafqazla məhdudlaşmayan, Mərkəzi Asiya coğrafiyasında da söz sahibi olan regional aktora çevrildiyini göstərir. Türk dünyasının yeni siyasi arxitekturası məhz belə qərarlarla formalaşır və Azərbaycan bu prosesin mərkəzində dayanır.


MUASİRMEDİA.AZ
