“Haradasınız 13-lər? ” kitabının təqdimatı oldu

ƏDƏBİYYAT
Bu gün Xocalıda Səriyyə Müslümqızının,
Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər? ” kitabının təqdimatı oldu. 13 gəncin acı həyat hekayəsindən bəhs edən kitabın təqdimatında iştirak edən şəhid ana və bacıların ürəkdağlayan çıxışları hamını çox təsirləndirdi. Adı kitabda keçən 13 əsirdən 5-nin bu yaxınlarda nəşi tapılsa da 8-nin taleyi məlum deyil.O qanlı gecədə əsir götürülən 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da   olub.

MUASİRMEDİA.AZ