Mərhum əfsanəvi futbolçu Armando Diego Maradona narkotik maddələrə olan bağlılıqdan qurtulduqdan sonra depresiyaya girmiş və bir müddət dəlixanada yatmalı olmuşdur. Sonralar həmin dövrün xatirələrini danışaraq deyirdi :
“Orada hər cür adam var idi. Biri deyirdi: “mən Ernesto Che Guevarayam”, ona hörmət edirdilər. O biri “mən Qandiyəm”- deyirdi, ona inanırdılar. Mən “Maradonayam”-deyəndə hamısı mənə güldü və dedilər ki, heç kəs Maradona ola bilməz. O zaman özümdən xəcalət çəkdim, özümə nələr etdiyimi anladım. İnsanın ən böyük düşməni qürurudur. O bizi “heç vaxt düşmərik” dediyimiz bəlalara salır .Özünüzü qoruyun, yarpaqlar qızıl olduqlarını güman etdikləri zaman tökülürlər…”MM.AZ
