Barana rayon sakinləri deportasiyanın 37-ci ildönümünü qeyd etdilər

Cəmiyyət
9 noyabr 2025-ci il tarixində Barana rayon sakinləri deportasiyanın 37-ci ildönümünü Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin ofisində anım tədbiri ilə qeyd ediblər. Tədbiri Barana rayon icmasının sədri Osman Hacıyev açaraq iştirakçıları salamlayıb.
Anım mərasimi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Osman Hacıyev Qərbi Azərbaycanlıların deportasiya tarixi barədə qısa məlumat verib.
Tədbirdə Qərbi Azərbaycan İcması Aparatının koordinatoru Fərhad Qəmbərov, Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov, Körpülü kənd icmasının sədri Vidadi Avdıyev, Ləmbəli kənd icmasının sədri Əhmədxan Ənsərov, Barana rayonunun gənclərlə iş üzrə məsul şəxsi Hidayət Qaraca, eləcə də rayon sakinləri — Bilal Ənsər, Mirzə Ənsər, Sevinc Avdıyeva, Vəfa İsmayılova, Cavanşir Kərimov, Qönçə Rəhimova və İslam Xəlilov çıxış edərək deportasiya xatirələri, təsuratları və düşüncələrini bölüşüblər.
Tədbirin sonunda Dövlət İmtahan Mərkəzinin imtahanlarında 600-dən yuxarı bal toplamış dörd tələbə, eləcə də Romada keçirilən Robot Olimpiadasında qalib olan Orxan Yusifli yüksək nailiyyətlərinə və Barana rayonunun nüfuzunun artırılmasına verdikləri töhfəyə görə “Təşəkkürnamə” ilə təltif olunublar.
Eyni zamanda bir neçə sakinə Qərbi Azərbaycan İcmasının vəsiqələri və döş nişanları təqdim edilib.

MUASİRMEDİA.AZ