Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğludur

Cəmiyyət

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. 

Sərəncama əsasən  polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı  Ruhəngiz Heydərovanın dayısıdır.

Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər.

MUASİRMEDİA.AZ