44 günlük Vətən müharibəsində şəhid olan Veyis İsmayılovun atası Əflatun İsmayılov vəfat edib.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
Veyis İsmayılov 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub. 2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub. Vətən müharibəsində manqa komandiri kimi iştirak edən Veyis İsmayılov oktyabrın 13-də Suqovuşan istiqamətində şəhid olub.
Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda dəfn olunub.
Qeyd edək ki, Əflatun İsmayılov hər gün oğlunun məzarını ziyarət etməsi və onunla dərdləşməsi ilə gündəm olmuşdu.
MUASİRMEDİA.AZ
