Çeçenistan, Qroznı kənarı avtoyolda, Ramzan Kadlrovun oğlu Adam Kadırov olan avtomobil ağır qəzaya uğradı. Adam ağır yaralandı, onun yanında əyləşən və həm sürücüsü deyilən Apti İrasxanov həlak oldu. Çeçenstan və Rusiyanın rəsmi mənbələri bəyan etdilər ki, maşını o Apti sürüb, Adam isə, elə çox ağır xəsarət almayıb. Adama, heç kimə qəza arzu etmirəm. Amma...
Qəza barədəki dürüst fikrimi deyim. Çox elə də dərin analiz, xüsusi araşdırma və ekspertizaya varmadan, ümumi mənzərə vəziyyəti aydın edir və rəsmi bildirişin bəzi məqamlarını təkzib edir.
Belə ki…
Maşını sürən, Adam Kadırov, özü olub. 19 yaşlı gəncdir, maşın həvəskarıdır. Həmişə özü sürüb, sürücüsü olmayıb heç. Ölən isə, sürücü deyil və Adamın böyük mühafizə xidməti komandasının rəisidir, polkovnik. Və həm də, Çeçenstan Daxili İşlər Naziri Aslan İrasxanovun qardaşı oğludur. Belə bir vəzifə və səviyyədə olan sürücülük yox, Adamın yanında oturub onu tam mühafizə edir.
Yanda, sağda oturan Apti İrasxanov niyə, ölüm dərəcə xəsarət alıb? Belə görünür ki, maşın çox yüksək sürətlə idarə olunub, qarşıda da ağır yük maşını gedib, ya da çox ağır maneə olub. Adam da xilas üçün maşını çevik sola qaçırdarkən bu əsas zərbə sağı, yəni yanda oturan tərəfi, tutub. Zərbə qabaq sağ tərəfdən olub, maşın isə aşıb. O şəkil yayıblar, sol tərəfi əzilmiş, köhnə və ayrı şəkildir, elə yüngül, sürüşmə əziklə ölüm olmur.
Adam Kadırovun xəsarətləri ağır, vəziyyəti kritik olub. Olmasaydı, Qroznıdakı yüksək imkanlı bir klinika həkimləri, sağlığı bərpa üçün bəs edərdi. Və o da, bəs olmasa, Moskvadan təcili MÇS-in təyyarəsilə gələn təcrübəli həkimlər bəs edərdi. Daha, təzədən Adamı təcili Moskvaya aparma, onu, daha xüsusi şəraitli klinikaya yerləşdirmə kəskin ehtiyacı yaranmazdı. Allah sağlıq versin.
P. S.
Oxşar hadisə Gəncədə işləyəndə rast gəlib 88- də. Çox sürətlə gedən maşın səkiyə çıxıb vurub hamamdan gələn yazıq qadını göbəkdən aşağı iki yerə bölmüşdü. Maşını sürən gənc Gəncə ş. Dİİ, istintaq idarəsi rəisinin (Hidayət İsmayılov, Qazaxlı) oğlu çıxdı. İşi yanındakı kasıb oğlanın üstündə aparmaq istədilər ki, polkovnik rəisin adına xələl gəlməsin. Təbii ki, kasıb gənci isə, sonra tam qurtarıb. Çox istədilər kömək edim, və rəis özü görüşdü mənimlə. Moskvadan təzə “perevod” ilə gəlmişdim… Getmədim bu saxta işə və dedim sizə hörmətim o olar ki, bu işdən imtina edim, başqa ekspert nə istəsəniz etsin. Üstündən uzun müddət keçib deyə ad çəkdim. Uzun maraqlı tarixdir o hadisə, qısaca yazdım.
P. S.
Birinci şəkildə Adam Kadırov və ölən mühafizə rəisi Apti İrasxanovdur. Hansısa, baxış tədbiri.
İlqar Altay.



MUASİRMEDİA.AZ
