USS Abraham Linkoln təyyarədaşıyan gəmisi, onu müşaiyət edən bir sıra esmines, F-35 və F A-18 təyyarələri ilə birlikdə artıq İranın yaxınlığı CENTCOM zonasındadır. İndi, İran bölgəsində təxminən 45-50 ABŞ zərbə təyyarəsi (F/A-18 və F-35C) var. Üstəlik, sualtı atom gəmisi, yerüstü təyyarələr: 12 F-15E, ballistik raketlər, digərləri.
Xəbərlər gəzir ki, Tramp Tehranın yalnız strateji təslim olmasını tələb edir, rejimin hakimiyyətdə qalması ilə. İran daxilində uran zənginləşdirmə prosesini tamamilə dayandırılmasını və uranın tamamilə çıxarılması və məhv edilməsini, həm də Ballistik raketlərdə məhdudiyyət azalmaları.
Və guya, İranın əməl edəcəyi müqabildəTramp da Putinə Ukraynaya yaşıl işıq yandırır. Ukrayna ərazilərinin Moskvaya verilməsi yolu ilə Tramp- Putin arasında böyük razılaşmalar gedir guya. Bunların hamısı, üfürdülmüş Kreml təbliğatıdır. Guya ABŞ İrana hücum etsə, Rusiya ona qarşı güc göstərər, göstərmir, Ukrayna xeyrinə görə. Hamısı, Putinin nüfuzunu ayaqda saxlamaqdır.
Əvvəla, İranın rejim varlığını ən problemli bilib, İranın ətrafına bu qədər, on milyardlarla bahalı xərclə hərbi toparlayıb, İran rejimini Bəşər kimi qovmasa, neftini ələ keçirməsə, əl çəkməz və nüfuzu itkisinə yol verməz Tramp. Nə ballistik raket, nə Uran, molla rejimi sözü-dediyinə əməl edəndir? 12 gün müharibədə də adamlar salıb bunları söz verdi. Nə oldu? Xamenei azca baş qaldırıb tini düzələn kimi, ABŞ-ı, Trampı söydü.
İkincisi, bu bir geniş qlobal plandır: İran ABŞ-ın birbaşa təsiri altına keçməlidir. O başda İsrail, bu başda İran ABŞ-ın əlində olmalıdır ki, Yaxın Şərq tam təsiri altında olsun. Yoxsa, yarımçıq olur. Molla rejimi, diplomatik yolla hakimiyyəti Pezeşkian kimisinə təhvil verməli, ya hərbi yol!
Üçüncü, Tramp Putini qlobal məsələlərdə heç saya almır, Suriya, Venesuela, C. Qafqaz kimi. 12 gün İranı bombaladı, generallarını da qırıb, Xameneini bunkerə soxdu ABŞ. Azacıq Putin cınqırını çıxartdımı? Tramp, bir Ukraynadır ki, hələlik Putinin qabağına oyuncaq atır oynadır. İranı, digər Rusiya ətraflnı ovlayıb bitirəndən sonra, Tramp Putinə də öz yerini göstərəcək.
İlqar Altay.

MUASİRMEDİA.AZ İlqar Altay.
