ABŞ ordusu Ərəb dənizində təhlükəsizlik insidenti ilə üzləşib.
Bu barədə “Reuters”in yaydığı məlumatda qeyd olunub. Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesin yaxınlığında İrana aid pilotsuz uçuş aparatı aşkar edilib və dərhal zərərsizləşdirilib.
“Əl-Cəzirə”nin məlumatında bildirilir ki, dronun ABŞ-a məxsus aviasiyadaşıyıcı gəmisinə doğru yaxınlaşdığını qeyd edilib. ABŞ hərbçiləri bu hərəkəti potensial təhlükə kimi qiymətləndirərək operativ reaksiya veriblər.
Nəticədə pilotsuz təyyarə vurulub və hər hansı itki və ya maddi zərər qeydə alınmayıb. Hadisə Yaxın Şərqdə və ətraf akvatoriyalarda gərginliyin davam etdiyi bir dövrdə baş verib.
ABŞ tərəfi insidentin detalları və İranla bağlı mümkün diplomatik reaksiyalar barədə hələlik əlavə açıqlama verməyib.
MUASİRMEDİA.AZ
