Salyan Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt Fidan Novruzova fəaliyyətə başlayıb.
Həkim-terapevti yaxından tanıyaq: Fidan Əşrəf qızı Novruzova 1992-ci ildə Bakı şəhərində anadan olub. 1998–2009-cu illərdə Qazax rayonunda tam orta təhsil alıb. 2009–2015-ci illərdə Xarkov Milli Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb. 2016-cı ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hospitalında həkim-terapevt kimi fəaliyyətə başlayıb. Həmin ilin may ayından 2018-ci ilin sentyabr ayınadək Ankarada yerləşən Gülhanə Tibb Fakültəsində ixtisasartırma kursu keçib. 2018-ci ildən yenidən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hospitalında həkim-terapevt kimi fəaliyyətini davam etdirib. 2019–2020-ci illərdə isə həmin hospitalda şöbə müdiri vəzifəsində çalışıb. 2021-ci ilin oktyabr ayından 2026-cı ilin fevral ayının sonunadək Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib. Artıq Salyan Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində fəaliyyət göstərəcək həkim-terapevt Fidan Novruzovaya gələcək işlərində uğurlar arzulayırıq.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
