“The Times of Israel” qəzetinin məlumatına görə, Livanın şiə hərəkatı Hizbullah İsrailə qarşı hərbi əməliyyatın başladığını elan edib.
Şimali İsrailə 100-dən çox raket atılıb. Yuxarı Qalileyada, Qolan təpələrində, Kiryat Şmona və Hayfa şəhərlərində partlayış səsləri eşidilib.
Bir müddət əvvəl İranın Ali Liderinin Ofisinin xarici siyasət üzrə müşaviri Kamal Xarazi bildirib ki, İsrail Livana qarşı tammiqyaslı müharibə başlatsa, Tehran şiə hərəkatı Hizbullahı bütün lazımi vasitələrlə dəstəkləyəcək.
Xarazinin sözlərinə görə, tammiqyaslı münaqişə baş verərsə, Livan xalqı, ərəb ölkələri və “Müqavimət oxu”nun üzvləri Livanı İsrailə qarşı mübarizədə dəstəkləyəcəklər.
İsrailin “Dəmir Günbəz” raketdən müdafiə sistemi kütləvi hücumu dəf etməyə çalışır.
MM.AZ
