Rusiyanın “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında eniş edib.

Siyasət
İrana humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında eniş edib.
Aeroportda humanitar yüklərin boşaldılması mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iştirak ediblər.
Səfir mediaya verdiyi açıqlamada bu çətin günlərdə Azərbaycanın İrana göstərdiyi humanitar dəstəyə görə təşəkkürünü bildirib.
O həmçinin humanitar yüklərin çatdırılması üçün Azərbaycanın öz quru və hava yollarından istifadə olunmasına şərait yaratmasını yüksək qiymətləndirərək Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir