Bayram günü işləyənlərə ŞAD XƏBƏR

İqtisadiyyat

Yeni dəyişikliklər qeyri-iş günləri və “overtime” zamanı əmək haqqını artıracaq – ekspert izah edir

Xəbər verdiyimiz  kimi,sabahdan etibarən Azərbaycanda 11  gün iş olmayacaq.Ancaq bəzi sahələr var ki,onlar bu günlərdə də işləməyə məcburdurlar.

Bəs,həmin şəxslərin əmək haqqı necə hesablanmalıdır?

 

Millət vəkili və iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, yeni dəyişikliklərə əsasən, bayram və qeyri-iş günləri, eləcə də işdən sonra (overtime) vətəndaşlarımız işləyirsə, onların əmək haqqı ən azı iki dəfə artırılacaq.

 

 

Ekspert qeyd edir ki, əvvəllər bəzi hallarda vətəndaş qeyri-iş günü işə çıxsa da, yalnız bir neçə saat işləyirdi və bu vaxt üçün əmək haqqı hesablanmırdı. Yeni qaydalar sayəsində həmin saatlar üçün də əmək haqqının düzgün hesablanması təmin ediləcək. Məsələn, adi iş günündə 4 saatlıq əmək haqqı 120 manat təşkil edirdisə (hər saat üçün 30 manat), qeyri-iş günü işlədikdə bu məbləğ minimum 240 manata çatacaq.

Vüqar Bayramov vurğulayır ki, bu dəyişiklik əmək haqqının şəffaf və ədalətli hesablanmasını təmin edəcək və işçilərin əlavə əməyi layiqincə qiymətləndiriləcək.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir