1917-ci ildə “Şərəf” medalı geri alındı. O, medalı təhvil verməyi rədd etdi və ölənə qədər hər gün kişi kostyumunun üzərində taxdı. Əlli səkkiz il sonra medalı yenidən qaytarıldı. O, əvvəldən haqlı idi.
Maryəi Edvards Valker Şərəf medalı alan yeganə qadın idi. ABŞ hökuməti medalı ondan geri almağa çalışdı. O isə bunu rədd etdi və həyatının sonuna qədər hər gün medalı taxdı.
Mari 26 noyabr 1832-ci ildə Nyu-York ştatının Osvego şəhərində, qızların oğlanlarla eyni imkanlara sahib olmalı olduğuna inanan köləlik əleyhdarı bir ailədə doğuldu. Atası ona dülgərlik və tibbi biliklər öyrətdi, anası isə qadınların hərəkətini məhdudlaşdıran korsetlər geyməli olduğu fikrini rədd edirdi. On beş yaşında Mari korseti tərk etdi və daha qısa ətəyin altında geyilən şalvardan ibarət “Reform Paltarı”nı qəbul etdi. Ona lağ etsələr də, buna əhəmiyyət vermədi. O inanırdı ki, qadınları məhdudlaşdırmaq üçün yaradılmış moda eyni zamanda onların azadlığını da məhdudlaşdırır.
İyirmi bir yaşında Mari “Syracuse” Tibb Məktəbinə daxil oldu və tibb təhsili alan azsaylı qadınlardan biri oldu. 1855-ci ildə məzun olmasına baxmayaraq, qadın həkim kimi iş tapmaqda çətinlik çəkdi. Həyat yoldaşı Albert Millerlə birlikdə klinika açdı, lakin xəstələr qadın həkimə müraciət etmək istəmədilər və klinika uğursuz oldu. Mari 1869-cu ildə Albertdən boşandı. Bu isə o dövr üçün böyük qalmaqal sayılırdı.
Amerikada başlanan vətəndaş müharibəsi Mari üçün bir fürsət oldu. Birlik Ordusunda cərrah kimi könüllü olmaq istədi, lakin müraciəti rədd edildi. O, geri çəkilmədi, döyüş meydanlarında yaralıları müalicə etməyə başladı və tədricən ordunun hörmətini qazandı. 1862-ci ildə tibb bacısı kimi işə götürüldü, amma Mari bununla kifayətlənmədi: diaqnoz qoydu, dərman yazdı və əməliyyatlar etdi.
O, şalvarlı zabit formasını geyinirdi; bu, bir çox kişi zabiti şoka salsa da, o, yolundan dönmədi. İki il boyunca düşmən atəşi altında çalışdı, yaralı əsgərləri təxliyə etdi, tif xəstəliyinə qalib gəldi və son dərəcə çətin şəraitə dözdü.
1864-cü ildə Konfederasiya əsgərləri onu casusluqda ittiham edərək əsir götürdü. Dörd ay həbsdə qaldı. Azad edildikdən sonra dərhal xidmətə qayıtdı.
1865-ci ildə Prezident Andryu Conson onu müharibə zamanı xidmətlərinə görə “Şərəf” Medalı ilə təltif etdi. 1917-ci ildə Konqres mükafat kriteriyalarını dəyişdirən qanun qəbul edərək medalı ləğv etdi. O zaman 84 yaşında olan Mari medalı qaytarmaqdan imtina etdi və 1919-cu ildəki ölümünə qədər onu taxmağa davam etdi.
1977-ci ildə Prezident Cimmy Karter Marinin “Şərəf” medalını ölümündən 58 il sonra rəsmi şəkildə bərpa etdi. O, bu günə qədər bu mükafatı alan yeganə qadın olaraq qalır.
Mariin həyatı heç vaxt icazə və ya təsdiq gözləməkdən ibarət deyildi. O, cəsarətlə yaşadı, qadın hüquqları uğrunda mübarizə apardı və dünyaya yanıldığını sübut etdi. Onilliklər sonra isə onun həmişə haqlı olduğu qəbul edildi.
MM.AZ
