Hacı Hacıyev Ramazan bayramının tarixini açıqladı

Baş səhifə

Bu axşam ayın hilalı müşahidə olunmayıb, beləliklə, martın 20-si Ramazan ayının 30-cu günü tamam olur və Fitr bayramı martın 21-nə təsadüf edəcək.

Bu barədə Aktual.ge xəbər portalına Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə) Məscidinin axundu, imamcümə Hacı Hacıyev məlumat verib.

Din xadimi xatırladıb ki, Ramazan bayramı üç gün davam edir.
“Hörmətli müsəlmanlar, bu axşam istihlal mərkəzləri tərəfindən ayın hilalı müşahidə olunmayıb. Martın 21-i hicri-qəməri təqvimi ilə Şəvval ayının ilk günüdür. Beləliklə, mübarək Fitr bayramı martın 21-də qeyd olunacaq. Bütün müsəlmanları Ramazan bayramı və Novruz bayramı münasibətilə təbrik edir, ölkəmizə və dünyamıza sülh və əmin-amanlıq arzulayıram”, – deyə Hacı Hacıyev bildirib.

Hacı Hacıyev Ramazan bayramını martın 20-də qeyd edənləri də təbrik edib.

Din xadimi bildirib ki, martın 21-i saat 08:30-da Marneuli Mərkəzi İmam Əli (ə) məscidində Fitr bayramı namazı qılınacaq.

MUASIRMEDIA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir