Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olub-FOTO

Cəmiyyət
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olub
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olublar. Görüş çərçivəsində qonaqlara birliyin fəaliyyəti, həyata keçirilən layihələr və uşaqlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Polis əməkdaşları müəssisənin binası ilə tanış olaraq burada həyata keçirilən fəaliyyətləri yaxından izləyiblər. Görüş zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirərək qonaqlar üçün maraqlı proqram təqdim ediblər. Eyni zamanda polis əməkdaşları tərəfindən uşaqlarla motivasiyaedici söhbətlər aparılıb.
Belə ki, uşaqların ifasında rəqslər nümayiş olunub, həmçinin onların bədii yaradıcılıq qabiliyyətlərini əks etdirən çıxışlar təqdim edilib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən uşaqlar üçün xüsusi hazırlanmış hədiyyələr təqdim olunub. Bu cür təşəbbüslərin uşaqların sosial inkişafına, özünəinamının artmasına və cəmiyyətlə daha sıx bağ qurmasına mühüm təsir göstərdiyi bir daha vurğulanıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir