Bu gün Yaşıl dərə yaşayış massivində şəhid ailələri, qazilər, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov və sakinlərlə birlikdə Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən abadlıq işləri aparılmış parkda Novruz tonqalını alovlandırdıq.
Sevindirici haldır ki, Sumqayıt Bələdiyyəsi 2026-cı ili “Yaşıl dərə” ili elan edib. Bu çərçivədə ərazidə yeni parkın salınması, geniş quruculuq və abadlıq işlərinin aparılması sakinlərin rifahına və şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Novruz tonqalının ətrafında bir araya gəlmək həmrəyliyimizin, milli dəyərlərimizə bağlılığımızın və gələcəyə olan ümidlərimizin parlaq təcəssümüdür.





MUASİRMEDİA.AZ
