Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

ölkə
Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan iftar mərasimində İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı insanlar və dindarlar iştirak ediblər.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov həmrəylik, dostluq və mərhəmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkil edilməsinin ölkəmizdə gözəl ənənəyə çevrildiyini, ümumi məqsədlər naminə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi olduğunu qeyd ediblər.
Bildirilmişdir ki, ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin təməlinin məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulsa da, bu gün də bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmlənmiş və etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Mərasimdə bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədalət bərqərar oldu. Adları Azərbaycan tarixinə qəhrəman olaraq yazılan şəhidlərimiz və qazilərimiz bu gün gənclərimiz üçün ən gözəl örnəkdir. Xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz daim qürurla yad ediləcəkdir.
Mərasimdə din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub və müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs olunub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir