Sabah XTQ-nin şəhid polkovniki Vüqar Yusifovun doğum günüdür-FOTO

HƏRBİ
Sabah XTQ-nin şəhid polkovniki Vüqar Yusifovun (1976-2016) doğum günüdür.
Həyat yoldaşı Lalə xanım: “Xocalı soyqırımının anım günü və digər hüznlü günlər olanda evə gələn kimi, uşaqlara o haqda məlumat verirdi. Həmin günü televizoru da açmırdıq. Artıq uşaqlar da buna adət etmişdilər. Uşaqlara himn, əsgər marşı öyrədirdi. Hətta uşaqlara öldürülən e*rməni əsgərlərinin m*eyitlərini göstərəndə onlar qorxmurdu. Onlar sual verirdilər “Ata, sən öldürmüsən?”. Bir dəfə söhbət Qarabağdan, işğal olunmuş ərazilərimizdən düşdü. Vüqar dedi: ” Cəbrayılı işğaldan azad edib, sənin doğum günü üçün hədiyyə edəcəm.” Biz özümüz Cəbrayıl rayonundan olduğumuz üçün bu onun ən böyük arzusu idi. Sanki şəhid olduğunu əvvəlcədən hiss edirdi. Həmişə “qismət olarsa”, deyirdi. Bir dəfə Şəhidlər Xiyabanında məzarların qarşısında dayanıb dedi: “Mən də istəyirəm belə şəhid olum. Üzərimə Azərbaycan bayrağı sərilsin” Həmin vaxt çox əsəbiləşdim. Dedim ki, niyə elə deyirsən? Sən torpaqlarımızı al, qəhrəman ol. Onda gülümsədi və cavab vermədi”.
Vüqar Yusifov 2016-cı ilin Aprel döyüşlərində şəhid olub.

MUASİRMEDİA.AZ