P.S. Məlumata görə Borçalının görkəmli pedaqoqu, fizika müəllimi və dövlət xadimi əmim Haciyev Tofiq ‘ ə təşəkkür edirəm.
Əli Cavan Azərbaycan əsilli amerikalı fizik, “qaz lazeri”nin ixtiraçısıdır. O, işıq titrəyişlərinin mütləq tezliyinin ölçülməsi üsulunu və qeyri-xətti flüoresans metodunu işləyib hazırladı və spektral xəttin toqquşma ilə daralmasını kəşf etdi.
O, The Daily Telegraph tərəfindən tərtib edilən “Yüz Yaşayan Dahilərin Siyahısı”nda on ikinci yerdə qərarlaşıb. O, 2016-cı ildə vəfat edib.
“ŞƏRQİ EINŞTEYN”
Əli Cavan, fizik, “Dövrümüzün 100 dahisi” siyahısında on dördüncü dahidir. O, ilk dəfə qaz (helium-neon) lazerini ixtira etdi, onsuz telekommunikasiyanı təsəvvür etmək mümkün deyil. Rabitə, materialların emalı, ötürülməsi, informasiyanın saxlanması, tibb və digər sahələrdə istifadə olunan hər bir texnoloji qurğu alimin kvant elektronikası sahəsində kəşfləri əsasında fəaliyyət göstərir.
Əli Cavanı “Şərq Eynşteyni”, “lazerin atası” adlandırırlar, o, ən yüksək medala – Albert Eynşteyn Dünya Elm Medalına layiq görülüb.
Əli Cavan 1926-cı ildə Tehranda Azərbaycan türkləri ailəsində anadan olub. 1948-ci ildə gələcək parlaq alimin ailəsi ABŞ-a köçdü, burada Əli altı il sonra fəlsəfə doktoru, 38 yaşında isə Massaçusets Texnologiya İnstitutunun professoru oldu.
1959-cu ildə Əli Cavan “Physical Review Letters” jurnalında ilk qaz, fasiləsiz dalğa lazerinin qurulmasını təklif edən məqalə dərc etdirdi və bununla da kvant elektronikasının yeni sahəsini – qeyri-xətti spektroskopiyanı açdı. 1960-cı ildə o, bu sahənin aparıcı alimləri U.Bennet və D.Herriotla birlikdə ilk fasiləsiz qaz lazerini yaratmışdır.
Əli özü bir neçə müsahibələrinin birində demişdir:
“Təxmin etdiyim kimi oldu. Komandamız dizayn üzərində işləməyə 1960-cı ilin fevralında başladı və lazer vaxtında – 12 dekabr 1960-cı ildə hazır oldu. Saatıma baxdığımı xatırlayıram. Saat 16:20 idi. Həmin gün qar qalın idi. Biz Milad bayramına qədər ilk davamlı lazeri qurmaq istəyirdik. Və belə də oldu”
Ertəsi gün fasiləsiz qaz lazeri sınaqdan keçirildi. 1960-cı il dekabrın 13-ü lazer şüasından istifadə edilən ilk telefon danışığı kimi tarixə düşdü.
Əli Cavan həmçinin deyir ki, 30-cu illərdə avropalı alimlər ilk fasiləsiz lazeri yaratmağa çox yaxın idilər ki, atomların işıq dalğaları yayması artıq kəşf edilib.
Cavan özü o vaxt uşaq olmasaydı, 30-cu illərdə lazer yaradardı.1966-cı ildə Əli Cavan rejimin kəsişmə effekti nəzəriyyəsini yaratdı. Belə bir təsir o dövrdə yalnız fərziyyə edildi, lakin tezliklə, 1969-cu ildə nəzəriyyə təsdiqləndi və rejimlərin kəsişməsinin təsiri müşahidə olunmağa başladı.
Əli Cavan 1970-ci ildə lazer spektroskopiyası çərçivəsində işığın sürətinin tam dəqiq ölçülməsi üzərində işləyərkən iki üsul işləyib hazırladı: biri – işıq titrəyişlərinin mütləq tezliyinin ölçülməsi, ikincisi – qeyri-xətti flüoresansın öl.
Massaçusets Universitetinin professoru kimi Əli Cavan həm də ABŞ Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının və Elmin İnkişafı üzrə Triest Fondunun üzvü idi.
MUASİRMEDİA.AZ
HAZIRLAYAN,
TƏRCÜMƏ EDƏN:
GÜLLƏR AMİN Bakı
Mənbə:Tofiq Hacıyev
Gürcüstan Respublikas, Marneuli şəhəri