Qızları torpağa diri-diri basdıran yeganə xalq ərəblər olub

Dünya
Ərəblərdə qız uşaqları insan hesab edilmirdi deyə qız doğulanda onlara çox vaxt ad yox nömrə qoyardılar. Vahidə ad deyildi, mənası birinci deməkdir, ilk doğulan qıza verilən ad idi, Rəbiyyə isə dördüncü deməkdir. Yəni qız uşaqları bu cür nömrələnirdi. Dünya yaranandan bəri qızları torpağa diri-diri basdıran yeganə xalq ərəblər olub. Bunun da əsas səbəbi faizə pul götürən ərəblərin onu ödəyə bilmədikdə əxlaqsız sələmçilərin onların qız gəlinlərinə əl qoymasından xilas olmaq istəyi idi.(Bugünkü siğəlik, çoxarvadlılıq , azyaşlıyla evlənmək də qədimdə türklərə yad əməllər olub).Bəs həmin dövrlərdə türklərdə vəziyyət necə idi?
Türklər qız uşaqlarına, xatunlarına dəyər verən, onları vacib sayan, insan yerinə qoyan, sərkərdə və xaqanlar kimi yetişdirən tək tanrılı dinə mənsub bir millətdir. Türk dünyasında qadın yoldaş idi, ana idi, sevgili idi, təkbaşına bir dövlət idi.Türklər qadına “xanım”deyə çağırardılar, mənası evimin sahibi deməkdir. Türklər müsəlman olduqdan sonra ərəb “mədəniyyət”i gəldi, qadın qadın olduğuna peşman oldu. Qadın döymək təəssüf ki, türklərin ərəb mədəniyyəti ilə tanışlığından sonra yaranmışdır.Qədim türk mədəniyyətində qadın həmişə əl üstündə tutulurdu. Hökmdarların, xaqanların taxtının yanında yuxarı başa keçirilərdi. Azərbaycanlılarda da yad qadına pis gözlə baxmaq qəbahət, kişiyə yaraşmayan hərəkət sayıldığına görə ər igidlər başqasının qız-gəlininə pis gözlə baxmağı özünə yaraşdırmaz, bunu çox pis bir hərəkət kimi qəbul edirlər. Elə bu səbəblərdəndir ki, türklər heç vaxt qadının üzünü qapamağa ehtiyac duymazdılar.
Hələ xristianlıq və islam yaranmamışdan çox-çox öncə mövcud olmuş Türk Törəsində yazılmışdı:
1. Tanrı təkdir.
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan ulusundan soruşular.
7. Hər kişi xanımına, atına, silah-sursatına sahib çıxacaq.
12. Hər kim kiminsə namusuna toxunsa həyatıyla cavab verəcək.
21. Qızı istəyən Xaqan da olsa, bəy də olsa qız, özü istədiyinə ərə gedəcək.”
İndi necədir vəziyyət,?
DÜNYA SOKDAN ÇIXIB ŞOU-A GİRİB.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir