MUASİRMEDİA.AZ xəbər verir ki,səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, A.Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından söhbət açaraq bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq arenada öz mövqeyini daha da gücləndirib, ölkənin sosial-iqtisadi inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. O qeyd edib ki, ölkə daxilində də genişmiqyaslı sosial-iqtisadi islahatlar, infrastruktur layihələri, abadlıq-quruculuq işləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən dövlət proqramları uğurla icra olunur.
MUASİRMEDİA.AZ
