20 ildə üstü açılmayan qətl

Hadisə

Jurnalist Elmar Hüseynovun qətlindən 20 il keçdi, əslində onun öldürüldüyü günü ayın 2-də yada salmalıydıq, amma təəssüflər olsun ki, Azərbaycan və Gürcüstanda baş verənlər, konkret olaraq Azərbaycan və eləcə də Gürcüstanda repressiyalar, insanlara, müstəqil mətbuata qarşı təzyiqlər və həbslər elə bir həddədir ki, Elmar Hüseynov kimi şəxsin anım günü də bir neçə günlük unuduldu.
Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə “Monitor” jurnalını təsis edib. Hüseynov həmçinin “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi. MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir