Toyuq ətini çox yeyənlərin DİQQƏTİNƏ!

Cəmiyyət

İtaliyanın Milli Qastroenterologiya İnstitutunun mütəxəssisləri qida və içki vərdişləri ilə bağlı anket dolduran 5000-ə yaxın insanın məlumatlarını araşdırıblar.

Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Alimlər nə qədər quş əti istehlak etməsindən asılı olaraq insanları dörd kateqoriyaya ayırıblar.

“Həftədə təxminən dörd porsiya olmaqla 300 qramdan çox yeyənlərin, həftədə 100 qramdan az yeyənlərə nisbətən xərçəngin bütün növlərindən ölmə ehtimalı 27 faiz çoxdur. Kolon, mədə və mədəaltı vəzi xərçəngi kimi mədə-bağırsaq traktının xərçənginə gəldikdə, risk iki dəfədən çox artır”, – araşdırmada qeyd olunur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir