Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı

HƏRBİ
Şəhid Bahadur Quluyev 25.05.1974 – 17.04.1995
Bahadur Quliyev 25 may 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. Uşaqlıqdan Vətənə bağlılığı və igidliyi ilə seçilmişdir. Orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Rusiyaya köçsə də, vətən sevgisi onun üçün hər şeydən üstün olmuşdur. Rusiyada bir müddət hərbi xidmət etsə də, Azərbaycan torpaqlarının müdafiəsində iştirak etmək arzusu onu Azərbaycana gətirmişdir.
Ağdamda N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlamış, fədakarlığı, cəsarəti və dürüstlüyü ilə döyüş yoldaşlarının hörmətini qazanmışdır. Bahadur dəfələrlə döyüş əməliyyatlarında iştirak etmiş, düşmən mövqeləri haqqında həyati məlumatlar toplamışdır.
17 aprel 1995-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində həyata keçirilən kəşfiyyat tapşırığı zamanı piyada əleyhinə minaya düşərək qəhrəmancasına şəhid olmuşdur. Döyüş yoldaşları onun nəşini neytral ərazidən çıxararaq 18 aprel 1995-ci ildə Xındırıstan kənd qəbiristanlığında dəfn etmişlər.
Bahadur Quliyev Vətən uğrunda canını fəda edən igid və cəsur bir qəhrəmandır. Onun adı və xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, gələcək nəsillərə Vətənə sədaqət, fədakarlıq və qəhrəmanlığın simvolu kimi örnək olacaqdır.
Ruhun şad olsun, qəhrəman!
anıt ve yazı görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir