Putin 15 mayda İstanbulda keçirilməsi danışıqlara nümayəndələrin hazırlayıb

Siyasət

Rusiya Prezidenti Vladimir Putin 15 mayda İstanbulda keçirilməsi planlaşdırılan Rusiya–Ukrayna danışıqlarında ölkəsini təmsil edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirib.

Bu barədə Kreml məlumat yayıb.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Bundan əlavə, ekspert qismində İstanbul danışıqlarına Zorin, Podobreyevskaya, Palişuk və Şevtsov göndəriləcək. MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir