Mayın 30 bu yerlərdə su olmayacaq

Nəqiliyyat.

Zabrat qəsəbəsində mayın 30-u səhər saatlarından axşamadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, qəsəbəni içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədardır.

Qeyd olunub ki, təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir