“Rusiyaya qarşı ultimatumun qüvvədə qalıb-qalmayacağı Putindən asılıdır” –Tramp

Dünya

Tramp Putinlə Zelenskinin görüşünü Rusiya prezidenti ilə danışıqları üçün zəruri hesab etmir.
 ABŞ prezidentinin sözlərini Reuters agentliyi yayıb.

Donald Tramp atəşkəsin Putindən asılı olduğunu bildirib.

Tramp Rusiya və Putinlə bağlı ultimatumun qüvvədə qalıb-qalmadığı sualına cavab verib.

“Bu, ondan asılı olacaq. Onun nə deyəcəyini görəcəyik. Bu, ondan asılı olacaq. Mən çox məyusam”, – ABŞ prezidenti qeyd edib.

Tramp bildirib ki, Rusiyaya qarşı mümkün yeni sanksiyalar onun rəhbərliyinin qərarlarından asılıdır.

ABŞ prezidenti məhdudiyyətlərin cümə günü elan oluna biləcəyini istisna etməyib.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir