Quyruqu kəsik tülkülərin tülkülüyü

ƏDƏBİYYAT
Bir gün tülkünün quyruğu tələyə ilişib qaldığı üçün kəsmək məcburiyyətində qalır. Digər tülkü ondan quyruğunun kəsik olduğunun səbəbin soruşur.
-Quyruğum kəsik olduğu üçün o qədər xoşbəxtəm ki, az qala sevincimdən havalara uçum. Bunu eşidən tülkü tez gedir quyruğunu kəsir. Və xoşbəxt olmaq əvəzinə çox ağrı hiss edir. Gəlir tülküdən ona nə üçün yalan dediyinin səbəbin soruşur.
-Əgər quyruğunu kəsdiyin zaman ağrı hiss etdiyini kiməsə desən, onlar quyruğlarını kəsməyəcək və həmişə bizə lağ edəcəklər.
Və beləliklə quyruğları kəsik tülkülər quyruğları kəsik olduğu üçün özlərini çox xoşbəxt hiss etdiklərini hər kəsə deyirlər..
Beləliklə quyruğu kəsik tülkülərin sayı çoxalmağa başlayır. Və o qədər çoxalır ki, quyruğu olan tülkülərə lağ etməyə başlayırlar…

P. S… Hal-hazırda cəmiyyətdə belədir. İlk öncə cəmiyyəti pozurlar, sonra sayları çoxaldıqı üçün digərlərinə lağ edirlər. Cahillər, əxlaqsızlar, tərbiyə görməyən küçə adamları o qədər çoxalıb ki, savadlı, əxlaqlı, imanlı, tərbiyəli insanlara lağ edirlər.

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ