Bu gün Sevil Əliyevanın doğum günüdür

Cəmiyyət
 

Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Sevil xanım Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə bu yüksək ordenə layiq görülüb.
Oktyabrın 12-də 70 illik yubileyini qeyd edən Sevil Əliyeva həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə milli mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş görkəmli şəxsiyyətdir. O, “Sevil” Qadınlar Məclisinin sədri, “SOS Uşaq Kəndləri — Azərbaycan” Assosiasiyasının fəxri prezidenti, bəstəkar, ictimai xadim və “Space” Televiziyasının qurucusudur.
Sevil Əliyevanın bəstələdiyi mahnılar, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyası Azərbaycan musiqi mədəniyyətində dərin iz qoyub. Onun 2011-ci ildə təqdim olunan “Ze qaleri of Sevil” adlı instrumental albomu isə Heydər Əliyev və Zərifə Əliyevanın xatirəsinə ehtiram rəmzidir.
İctimai məsələlərdə, cəmiyyətin mədəni, sosial və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınan Sevil Əliyeva Azərbaycan qadınının ziyalı nümunəsini özündə cəmləşdirən nadir simalardandır.
Yubiley və “Şərəf” ordeni ilə təltif edilməsi münadibəti ilə Sevil xanım Əliyevanı ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıram.

                                                                                                      MUASİRMEDİA.AZ