Polis Akademiyasının əməkdaşı məktəblilərlə narkomaniyaya qarşı profilaktik görüş keçirib.
Nəsimi rayonu “Landau school” və 5 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib. Tədbirdə Akademiyanın müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov iştirak edib.
Tədbir zamanı İ.Rəhimov “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzularında çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərlə xatirə fotoşəkilləri çəkilib. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.
MUASİRMEDİA.AZ
