Dekabrın 10-da Heydər Əliyev Mərkəzində “Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir-FOTO

ƏDƏBİYYAT
Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində “Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.
Forum Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur.
Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.
Sonra Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.
Ziyafət Əsgərov mədəniyyət və hüquq anlayışlarının ortaq nöqtələri və sərhədləri barədə məlumat verib.
Akademik Rafael Hüseynov forumun millətimizi və dövlətimizi var edən iki əsas qütbün təmsilçilərini bir araya gətirən əhəmiyyətli tədbir kimi dəyərləndirib.
Anar Bağırov isə bu mövzuda ilk tədbirin 10 dekabr – Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.
Sonra forum öz işini panel müzakirələrlə davam etdirib.
MUASİRMEDİA.AZ