Dekabrın 11-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində “Sən elə bir zirvəsən!” adlı foto-sərgi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və millət vəkili Fariz İsmayılzadənin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və gənclər iştirak ediblər.
Tədbirdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.





MUASİRMEDİA.AZ
